Əliyev və Paşinyan Moskvada keçiriləcək sülh danışıqlarına hazır olduqlarını bildirirlər

Ermənistan və Azərbaycan liderləri sülh danışıqlarına hazır olduqlarını bildiriblər.



Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gəlməyə və Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün İlham Əliyevlə görüşməyə hazır olduğunu söylədi. Məlumatı erməni news.am saytı yayıb.

Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Bu bizim mövqeyimizdir. Təəssüf ki, Azərbaycan bu fikirlə razılaşmır. Bu nəticəni əldə etmək üçün hər şeyi etməyə hazıram", - deyə Nikol Paşinyan Rusiya TASS-a verdiyi müsahibəsində qeyd edib.

Paşinyanın sözlərinə görə, münaqişənin həlli kapituliasiaya deyil kompromisə əsaslanmalıdır.

"Qarşı tərəfin bu cür hazırlığı yoxdursa, Dağlıq Qarabağdakı xalqımızın hüquqları uğrunda sona qədər mübarizə aparmağa hazırıq", - Baş nazir dedi.

TASS-a verdiyi müsahibədə Azərbaycan Prezidenti də münaqişəni sülh yolu ilə həll etməyə hazır olduğunu təkrarladı, lakin Ermənistan rəhbərliyinin zərərverici bəyanatlarla danışıqlar prossesinə mane olduğunu bildirdi.

İlham Əliyev hər şeyə baxmayaraq “sabah erməni tərəfi danışıqlar zamanı konstruktiv davranış göstərərsə, hərbi əməliyyatları dayandırmağa” - hazır olduğunu söyləyib.

"Biz danışıqlar aparmaq və münaqişəni həll etmək üçün yollar tapmaq məqsədilə Moskvada da daxil olmaqla [erməni tərəfi] hər yerdə görüşməyə hazırıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bu gün səhər Rusiya xarici işlər naziri Sergey Lavrov tərəflərin yaxın gələcəkdə atəşkəsə nəzarət mexanizmini inkişaf etdirmək barədə razılığa gələ biləcəyini söylədi. O, bir daha münaqişə tərəflərini atəşi dayandırmağa və barışığa çağırdı.

Azərbaycan və Ermənistan tərəfləri arasında humanitar atəşkəs iki dəfə qəbul edildi, lakin hər iki dəfə də atəşkəs qüvvəyə mindikdən qısa müddət sonra tərəflər düşmənin atəşkəs şərtlərini pozduğunu bildirdi.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google