Zuqdididə Daxili İşlər Nazirliyinin xüsusi zirehli texnikası
"Gürcüstan Bankına"- yaxın ərazidən çıxarıldı. Silahlı şəxslər qısa
müddət əvvəl ərazini tərk etdilər.
Xatırladaq ki, zirehli texnikaların ərazidən çıxarılması
soyğunçunun banka qoyduğu tələblərdən biri idi.
Soyğunçu bir neçə saat əvvəl "Gürcüstan Bankında"- 19 vətəndaşı
girov götürdü. Hadisə ilə əlaqədar olaraq zirehli texnika gün boyu
bankda səfərbər oldu.
Silahlı şəxs 19 girovdan bir neçəsini artıq sərbəst buraxıb,
qalanları hələ də bankdadır.
Soyğunçu yarım milyon lari və ərazidən etibarlı şəkildə çıxması
üçün bir helikopter tələb edir.