Dmanisidəki "Gürcü Arzusu" seçki qərargahı yaxınlığında iki tərəfli atışma nəticəsində dörd nəfər yaralanıb
Dmanisidəki "Gürcü Arzusu" seçki qərargahı yaxınlığında iki tərəfli atışma nəticəsində dörd nəfər yaralanıb.

"Kronika"-ya görə, silahlı şəxslər qısa müddət əvvəl "Gürcü Arzusu"-nun Kvemo Kartlidəki, daha dəqiq desək Dmanisidəki seçki qərargahına soxulub. Qarşıdurma daha sonra qərargahdan kənarda iki tərəfli atışmaya keçib.

Məlumata görə, dörd nəfər yaralanıb. Yaralananlardan biri, ehtimal ki, "Gürcü Arzusu"-nun tərəfdarıdır. Bildirilir ki, təcavüzkarlar sərxoş olublar. Hələlik digər təfərrüatlar məlum deyil.

Hüquq mühafizə orqanları hadisə yerinə səfərbər olunub və aktiv istintaq çalışmaları davam etdirilir.

Daxili İşlər Nazirliyindən "İnterpressnyus"-a verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci (sağlamlığa ağır zərər vurmağı) və 236-cı (odlu silahın qanunsuz alınması, saxlanması və daşınması) maddələri ilə istintaq başladılıb.

Mənbə: imedinews.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google