Azərbaycan prezidenti Gürcüstanla hazırkı əlaqələri qiymətləndirib
“Sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid edirəm”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.

O, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın səviyyəsinin çox yüksək olduğunu deyib: “Biz strateji tərəfdaşıq və bizim Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq. Baxın, biz birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa layihələr. Azərbaycan, zənnimcə, Gürcüstanda Türkiyə ilə birlikdə birinci və ya ikinci ən böyük investordur. Birinci və ya ikinci ən böyük vergi ödəyicisidir”.

Mənbə: NewsBureau
Print ელ. ფოსტა
FaceBook Twitter Google