Səhər saatlarında Tərtər, Ağdam və Ağcabədi rayonları intensiv atəşə tutulub
Oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a məlumat verilib.

Bildirilib ki, humanitar atəşkəs rejiminə əməl edən Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google