"Azərbaycan "Smerç" tipli reaktiv yaylım atəşi
sistemlərindən istifadə edərək Martuni bölgəsinin kəndlərini atəşə
tutur", – erməni mətbuatının yazdığına görə, məlumat
qondarma Dağlıq Qarabağın Dövlət Təcili Xidmətindən bildirilib.
"Azərbaycan qüvvələri bu gün səhərdən etibarən Martuni
bölgəsindəki kəndləri, Karmir Şuka və Taqavardını "Smerç" tipli
roketatanlardan istifadə edərək bombalayırlar", –
qondarma Dağlıq Qarabağın açıqlamasında deyilir.
Xatırladaq ki, Dağlıq Qarabağdakı münaqişə 27 sentyabrda
kəskinləşdi. Ermənistan və Azərbaycan iki dəfə – 10 və 17 oktyabrda
müvəqqəti atəşkəs barədə razılığa gəldilər, ancaq buna baxmayaraq,
münaqişə bölgəsindəki hərbi əməliyyatlar dayandırılmadı. Tərəflər
bir-birini atəşkəsi pozmaqda günahlandırırlar.