Qondarma Dağlıq Qarabağ – Azərbaycan "Smerç" tipli reaktiv yaylım atəşi sistemindən istifadə edərək kəndləri vurur
"Azərbaycan "Smerç" tipli reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək Martuni bölgəsinin kəndlərini atəşə tutur", – erməni mətbuatının yazdığına görə, məlumat qondarma Dağlıq Qarabağın Dövlət Təcili Xidmətindən bildirilib.

"Azərbaycan qüvvələri bu gün səhərdən etibarən Martuni bölgəsindəki kəndləri, Karmir Şuka və Taqavardını "Smerç" tipli roketatanlardan istifadə edərək bombalayırlar", – qondarma Dağlıq Qarabağın açıqlamasında deyilir.

Xatırladaq ki, Dağlıq Qarabağdakı münaqişə 27 sentyabrda kəskinləşdi. Ermənistan və Azərbaycan iki dəfə – 10 və 17 oktyabrda müvəqqəti atəşkəs barədə razılığa gəldilər, ancaq buna baxmayaraq, münaqişə bölgəsindəki hərbi əməliyyatlar dayandırılmadı. Tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırırlar.


Mənbə: İnterPressNews
Print