Azərbaycan mətbuatı Vahaqn Çaxalyanın öldürüldüyünü yazır, Ermenistan isə təsdiqləmir
Azərbaycan mətbuatının verdiyi məlumata görə, Vahaqn Çaxalyan, Dağlıq Qarabağ bölgəsindəki qarşıdurmalar zamanı öldürülüb.

Qeyd edək ki, Çaxalyan Gürcüstan vətəndaşıdır və Cavaxk hərəkatının lideri idi, 2009-cu ildə saxlanılmış və kütləvi iğtişaşlarda iştirak etmək, silah gəzdirmək, silah saxlamaq və xuliqanlıq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilmişdi. Çaxalyan 2013-cü ildə amnistiya ilə azadlığa buraxılmışdı.

Ermənistan Azərbaycan mediasının Çaxalyanın öldürülməsi ilə bağlı yaydığı məlumatı hələ təsdiqləməyib.

Xatırladaq ki, Dağlıq Qarabağdakı müharibə 27 sentyabrda yenidən başladı.Tərəflər bir-birini eyni gündə razılaşmanı pozmaqda günahlandırsalar da, 10 oktyabrda Moskvada humanitar məqsədlər üçün müvəqqəti atəşkəsə razılaşdılar.

Qeyd edək ki, Gürcüstan vətəndaşı V.Çaxalyana qarşı Azərbaycanda cinayət işi açılıb.


Mənbə: tabula.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google