Gürcüstanda daha 1 824 nəfər koronavirusa yoluxub
27 oktyabr tarixinə olan məlumata görə, son 24 saat ərzində
Gürcüstanda koronavirusa (Covid-19) 1 824 yeni yoluxma halı
aşkarlanıb və yoluxan insanların sayı 32 127 nəfərə çatıb.
Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılan stopcov.ge
saytında yayımlanıb.
Sağalanların sayında da artım var – daha 1 262 nəfər sağalıb və
sağalanların sayı 12 632 nəfər olub. Bu günə qədər isə Gürcüstanda
koronavirusdan 238 nəfər dünyasını dəyişib.
Karantin rejimində 3 757, stasionar nəzarət altında 3 847 nəfər
var, 2 249 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur.
Bundan əlavə, 41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən
ölkəyə gətirilib.