1 824 yeni koronavirus hadisəsindən 712-si Tbilisidə, 545-i Acarıstanda, 305-i isə İmeretidə qeydə alınıb
Qurumlararası Koordinasiya Şurası yanında Operativ Qərargahın rəhbərinin müavini Berdia Siçinavanın sözlərinə görə, son 24 saat ərzində Gürcüstanda təsdiqlənmiş 1824 koronavirusa yoluxma halından 712-si Tbilisidə aşkarlanıb.

Digər bölgələrə gəldikdə isə, Siçnavanın hökumət administrasiyasındakı brifinqində dediyinə görə, Acarıstanda son 24 saat ərzində 545, İmereti - 305, Kvemo Kartli - 48, Şida Kartli - 56, Quria - 24, Sameqrelo və Zemo-Svaneti - 63, Kaxeti - 23, Msxeta-Mtianeti - 22, Samtsxe-Cavaxetiyada - 22, Raça-Leçxumi və Kvemo Svanetidə - 4 yeni yoluxma halı təsdiq edilib.

Onun sözlərinə görə, bu mərhələdə 105 nəfər süni tənəffüs aparatına qoşulub.

"Tbilisi xəstəxanalarında 1 958, Acarıstanda 654 nəfər ümumilikdə isə 3 847 nəfər xəstəxanalarda müalicə olunur; 238-i Tbilisidə, 76-sı Acarıstanda olmaqla 482 ağır xəstə var və bunlardan 61-i Tbilisidə, 23-ü Acarıstanda olmaqla 105-i süni tənəffüs aparatlarına qoşulub.

Kovid-mehmanxanalarda 2 188 nəfər xəstə var, onların 1 186 Acarıstanda, 786-sı isə Tbilisidədir. 13 146 nəfər evdə müalicə alır. 3 757 nəfər karantindədir və onlardan 752-si Tbilisidə, 1 926 nəfər isə Acarıstandadır. 6-26 oktyabr tarixləri arasında ümumilikdə 8 918 nəfər ölkə xaricindən (karantinə) gətirilib.
Hal-hazırda 28 067 evdə özünütəcrid rejimindədir, bunlardan 3 224-ü Tbilisidə, 11 017-i Acarıstanda və 4 195-i İmeretidədir"
, – deyə Berdia Siçinava bildirib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google