Cari ilin oktyabr ayında Gürcüstanda sənaye məhsullarının
qiymətləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, qiymət artımı əsasən emal sənayesində qeydə alınıb
(4 faiz). Qida sənayesi məhsullarında 10,6 faiz, dağ-mədən
sənayesində isə 20,4 faiz qiymət artımı qeydə alınıb.
Mənbə: azertac.az