Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın barışıq
və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea
Axvlediani ilə görüşüb.
Səfirin təşəbbüsü ilə keçirilən görüş tanışlıq xarakteri
daşıyıb.
Görüşdə F.Quliyev dövlət nazirinin aparatı ilə gələcək əməkdaşlıq
üzrə təkliflər irəli sürüb. T.Axvlediani, öz növbəsində, rəhbərlik
etdiyi qurumun fəaliyyəti, həmçinin vətəndaş bərabərliyi və
inteqrasiya sahəsində əldə olunan nailiyyətlər və bu istiqamətdə
dövlət siyasəti və strategiyasının əsas vəzifələri barədə məlumat
təqdim edib.
Müzakirələr zamanı Azərbaycan və Gürcüstan arasında strateji
tərəfdaşlıq, həmçinin bölgədə sülh və sabitliyin önəmi
vurğulanıb.
Görüşün sonunda tərəflər əməkdaşlığın davam etdirilməsinə hazırlıq
ifadə ediblər.
Mənbə: report.az