Gürcüstanın Azərbaycandakı səfirliyi bildirib ki, Azərbaycan
Gürcüstana 100 ton maye tibbi oksigen bağışlayıb.
Səfirliyin açıqlamasına görə, pandemiya və Gürcüstanda yaranmış son
vəziyyət fonunda ölkədə yoluxmuş xəstələrə oksigen tədarükü
məsələsi bununla tamamilə həll olunub.
"Gürcüstan hökumətinin təlimatına əsasən Xarici İşlər Nazirliyi və
ölkəmizin diplomatik nümayəndəlikləri bu məsələnin həllində fəal
iştirak edirlər", - səfirlik yazıb.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataridzenin sözlərinə
görə,
"qısa müddətdə müvafiq miqdarda maye tibbi
oksigen tapıldı".
Səfirlik, Gürcüstan klinikalarına pulsuz olaraq 100 ton maye tibbi
oksigen verən və yükü öz hesabına çatdıran Azərbaycan şirkəti olan
Baku Steel-ə təşəkkürlərini bildirib.
"Qeyd etmək lazımdır ki, strateji tərəfdaş ölkəmizin
Nazirlər Kabineti, aidiyyəti dövlət qurumları - İqtisadiyyat və
Fövqəladə Hallar Nazirlikləri, Dəmir Yolu İdarəsi və Gömrük
Komitəsi - bu əziyyətli prosesə xüsusi töhfə
veriblər", - deyə səfirlik yazıb.
Diplomatik Agentlik bildirir ki, Gürcüstan və Azərbaycan tərəfləri
Gürcüstanın səhiyyə sektorundakı kovid-klinikalarına maye tibbi
oksigen tədarükü çatışmazlığının qarşısını almaq üçün sıx
əməkdaşlıq etməyə davam edəcəklər.
"Müvafiq maye tibbi oksigen tədarükünün yaxın gələcəkdə
həm quru, həm də dəmir yolu ilə Azərbaycandan Gürcüstana
çatdırılması planlaşdırılır", - deyə bildirilib.