Gürcüstanda koronavirusa qarşı peyvəndləmə prosesinin davamlılığını
təmin etmək üçün xüsusi işçi qrupu yaradılıb.
Bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasından
bildirilib.
Qrupun əsas vəzifəsi peyvəndin vaxtında əldə olunması, ölkə
miqyasında həm infrastruktur, həm də logistik baxımından bütün
hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək olacaq.
Qeyd edək ki, ölkədə COVID-19-a qarşı peyvəndin 2021-ci ilin
mart-aprel aylarında əlçatan olacağı gözlənilir. Hökumətin əldə
edəcəyi vaksin Gürcüstan əhalisi üçün ödənişsiz olacaq.
Mənbə: report.az