"Miso Intelexpress"-in soyulması ilə əlaqədar Kutaisidə iki nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, polis "Miso IntelExpress"-in Kutaisidəki şöbələrindən birini qarət etmək ittihamı ilə iki nəfəri həbs edib.

Agentliyin verdiyi məlumata görə, Q.M. bir anbarın ərazisinə qanunsuz olaraq girmək və qrup şəklində törədilən irimiqyaslı oğurluq faktı ilə günahlandırılır. S.J. isə, bir şirkətə qanunsuz giriş, qrup tərəfindən törədilən irimiqyaslı oğurluq və xüsusilə böyük miqdarda narkotik maddənin qanunsuz alqısı və saxlanması ilə günahlandırılır.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, aparılan istintaq nəticəsində məlum olub ki, təqsirləndirilənlər bu il sentyabrın 19-da Kutaisi şəhərində, İlia Çavçavadze prospektindəki yaşayış korpusunun döşəməsini dələrək "Miso IntelExpress" şöbəsinin anbar otağına daxil olublar, burada anbarın liton qapısını kəsərək gizli şəkildə pul və qızıl əşyalarına yiyələniblər:

“Məhkəmənin qərarı əsasında Q.M.-in yaşayış evində aparılan axtarış zamanı polis qanunsuz olaraq ələ keçirilmiş qızıl əşyaları və pulun bir hissəsini sübut kimi götürüb.

Hakimin qərarı əsasında S.J.-nin yaşayış evində aparılan axtarış zamanı hüquq-mühafizə orqanları 2 paket şəklində 3 231 qram "heroin" narkotik maddəsini, oğurlanan pulların bir hissəsini və qızıl əşyaları, cinayətin törədilməsində istifadə olunan iş alətlərini sübut kimi götürüb",
- deyə agentlikdən bildirilib.

Q.M., Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin, 3-cü hissəsinin “a” bəndinə və 4-cü hissəsinin “b” bəndinə əsasən istintaqa cəlb olunub. Bu maddələrdə qrup tərəfindən əvvəlcədən razılaşmış şəkildə hansısa bir anbara qanunsuz giriş və irimiqyaslı oğurluğun törədilməsi nəzərdə tutulur və 3 ildən 10 ilədək həbs cəzası gözlənilir.

S.J., Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin, 3-cü hissəsinin “a” bəndinin və 4-cü hissəsinin “b” bəndinin, habelə 260-cı maddəsi ilə istintaqa cəlb olunub. Bu maddələrdə qrup tərəfindən əvvəlcədən razılaşmış şəkildə hansısa bir anbara qanunsuz giriş və irimiqyaslı oğurluğun törədilməsi və xüsusilə böyük miqdarda narkotin maddənin qanunsuz alqısı, saxlanılması nəzərdə tutulur. Cinayətə görə 3 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözlənilir.

Mənbə: Netgazeti
Print