Gürcüstana qayıdan vətəndaşlar artıq karantinə yerləşdirilməyəcək

Vətəndaşların xarici ölkədən Gürcüstana qaytarılması prosedurası sadələşdirilib.



Bu barədə Koordinasiya Şurası yanında Operativ Qərargahın sədr müavini Berdia Siçinava məlumat verib.

Yeni qaydalara əsasən, xarici ölkədən Gürcüstana qayıdan vətəndaşlar artıq karantinə yerləşdirilməyəcək, lakin yenə də özlərini təcrid etmək məcburiyyətində qalacaqlar.

Gürcüstan vətəndaşı son 72 saat ərzində keçirilmiş PCR testi təqdim edərsə, 8 günlük özünütəcrid vəziyyətinə keçməlidir.

Vətəndaş ölkəyə test cavabı olmadan qayıdarsa, 12 günlük özünütəcrid vəziyyətinə keçməlidir.

"Özünütəcrid vəziyyətinə keçmək imkanı olmayan vətəndaşlar üçün bu imkanı dövlət təmin edəcək və onları otellərə yerləşdirəcək", – deyə Siçinava vurğulayıb.
Mənbə: radiotavisupleba

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google