Vətəndaşların xarici ölkədən Gürcüstana qaytarılması prosedurası
sadələşdirilib.
Bu barədə Koordinasiya Şurası yanında Operativ Qərargahın sədr
müavini Berdia Siçinava məlumat verib.
Yeni qaydalara əsasən, xarici ölkədən Gürcüstana qayıdan
vətəndaşlar artıq karantinə yerləşdirilməyəcək, lakin yenə də
özlərini təcrid etmək məcburiyyətində qalacaqlar.
Gürcüstan vətəndaşı son 72 saat ərzində keçirilmiş PCR testi təqdim
edərsə, 8 günlük özünütəcrid vəziyyətinə keçməlidir.
Vətəndaş ölkəyə test cavabı olmadan qayıdarsa, 12 günlük
özünütəcrid vəziyyətinə keçməlidir.
"
Özünütəcrid vəziyyətinə keçmək imkanı olmayan
vətəndaşlar üçün bu imkanı dövlət təmin edəcək və onları otellərə
yerləşdirəcək", – deyə Siçinava vurğulayıb.
Mənbə: radiotavisupleba