Amiran Qamkrelidze – Şəxsən mən, hər şeyə rəğmən, səhiyyə sisteminin bu qədər işə tab gətirə biləcəyini düşünmürdüm

“Şəxsən mən, hər şeyə rəğmən, səhiyyə sisteminin bu qədər işə tab gətirə biləcəyini düşünmürdüm”, – deyə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.


Onun sözlərinə görə, səhiyyə sistemində çatışmazlıqlar var, ancaq həkimlər vəziyyəti qəhrəmancasına idarə edirlər.

"Bəli, çatışmazlıqlar var, bizi tənqid edə bilərsiniz. Hər şeydə çatışmazlıq var, lakin sistem bunu həll edə bilir. Qəhrəman həkimlərimiz bunu həll edə bilirlər. Onlar həqiqətən təşəkkürə layiqdirlər. Gürcüstanın tibb ictimaiyyəti ən seçilən ictimaiyyətlərdən biridir və onlar ən vacib dövrdə, ölkələrinin həyatında ən vacib rolu oynayıblar. Bu, 9 aprel olsun, Abxaziyadakı müharibə olsun, Samaçablo münaqişəsi, ya da avqust müharibəsi olsun... Bu gün hər bir gürcü həkim, hər bir tibb işçisi yalnız təşəkkürə layiqdir. Bu gün 8000-dən artıq tibbi personal xəstəliyə yoluxub, əlbəttə, onlardan çoxu sağalıb və iş yerinə qayıdıb, amma həyatını itirənlər də var. Onların qarşısında baş əyirəm. Bütün bunlar çox çətindir. Sistemin yaxşılaşdırıldığını bir daha vurğulayıram, amma yenə də mükəmməl deyilik. Hər şey nisbidir. Hətta inkişaf etmiş səhiyyə sistemləri də çətinliklərlə qarşılaşır, Fransa səhiyyə sistemi də çətinlikdədir, bilirsiniz bunları", – deyə Qamkrelidze bildirib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google