“Gürcüstanda İslam tarixi” kitabının ikinci cildi çapdan çıxıb
Gürcüstanda tanınmış təhqiqatçı alim Hacı Rasim Məmmədovun “Gürcüstanda İslam tarixi” kitabının ikinci cildi çapdan çıxıb.

Kitabda R.Məmmədovun son 5 ildən çox apardığı elmi araşdırmalar əksini tapıb. Kitab dini araşdırmaçılar, jurnalistlər və elm adamları tərəfindən maraqla qarşılanıb. Müəllifin “Gürcüstanda İslam tarixi” kitabının birinci cildi 2016-cı ildə nəşr edilib. Elmi əsərin birinci cildində toplanan materiallar, tarixi faktlar milad tarixi ilə 650–1050-ci illəri əhatə edir. İkinci cild isə 1050-ci ildən 1991-ci ilə - Gürcüstanın müstəqilliyinin bərpası dövrünə qədər olan illəri əhatə edir.

Hər iki kitab Gürcüstanda İslam tarixinin geniş və dərin şəkildə tədqiqinə həsr olunub.

Qeyd edək ki, tarixilik prinsipinə riayət edilməklə tərtib olunan kitablarda İslamın Gürcüstana ilk gəlişi, həmin dövrdəki vergi siyasəti, torpaq münasibətləri, inzibati siyasət, idarəetmə sistemi və numizmatika kimi digər mühüm faktlar əksini tapıb.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google