Gürcüstanda tanınmış təhqiqatçı alim Hacı Rasim Məmmədovun
“Gürcüstanda İslam tarixi” kitabının ikinci cildi çapdan çıxıb.
Kitabda R.Məmmədovun son 5 ildən çox apardığı elmi araşdırmalar
əksini tapıb. Kitab dini araşdırmaçılar, jurnalistlər və elm
adamları tərəfindən maraqla qarşılanıb. Müəllifin “Gürcüstanda
İslam tarixi” kitabının birinci cildi 2016-cı ildə nəşr edilib.
Elmi əsərin birinci cildində toplanan materiallar, tarixi faktlar
milad tarixi ilə 650–1050-ci illəri əhatə edir. İkinci cild isə
1050-ci ildən 1991-ci ilə - Gürcüstanın müstəqilliyinin bərpası
dövrünə qədər olan illəri əhatə edir.
Hər iki kitab Gürcüstanda İslam tarixinin geniş və dərin şəkildə
tədqiqinə həsr olunub.
Qeyd edək ki, tarixilik prinsipinə riayət edilməklə tərtib olunan
kitablarda İslamın Gürcüstana ilk gəlişi, həmin dövrdəki vergi
siyasəti, torpaq münasibətləri, inzibati siyasət, idarəetmə sistemi
və numizmatika kimi digər mühüm faktlar əksini tapıb.
Mənbə: azertac.az