Marneulidə koronavirusa yoluxma halları artıb – bir həftənin statistikası
Gürcüstanda koronavirusa yoluxma halları artıb. Son 24 saat ərzində, ölkədə 7 521 nəfər virusa yoluxub. Marneuli İctimai Səhiyyə Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, bir həftə ərzində 50 yoluxma qeydə alınıb.

“Yoluxma halları artıb, gün ərzində təxminən 10-12 yoluxma qeydə alınır. 17 yanvar tarixində, kovidə 22 nəfər yoluxub. Bizim mərkəzin nəzarətə aldığı xəstələrdə, son bir həftə ərzində ölüm halları qeydə alınmayıb”, – Səhiyyə Mərkəzindən bildirdilər.

İctimai Səhiyyə Mərkəzindən bildirdilər ki, Marneulidə peyvənd vurdurmaq istəyənlər yenidən çoxalıb və 10 yanvar tarixindən bu günə qədər, ümumilikdə, 2 182 nəfər peyvənd vurdurub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google