Bloknota qeyd olunan problemlər – Zaur Darğallının Şulaveri inzibati ərazi vahidliyində görüşü
15:54 / 18.01.2022
Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar
deputatı Zaur Darğallı əhali ilə daha bir görüş keçirib.
Şulaveri inzibati vahidliyində vətəndaşların qəbulu saat 10:00-da
başladı.
Demək olar ki, qeyd olunan inzibati vahidlik Marneulidə ən
böyüklərdən biridir və doqquz kəndi özündə birləşdirir – Araflı,
Axlımahmudlu, Yenikənd, Yuxarı Saral, İmir, İmirçala, Seyidqocalı,
Aşağı Saral və Şulaveri.
Zaur Darğallının bizimlə söhbəti zamanı bildirdiyinə görə, əhali
əsasən infrastruktur problemləri ilə bağlı müraciət edir.
“Səhərdən əhali tərəfindən kifayət qədər böyük maraq
hiss olunur. Demək istəyirəm ki, problemlər əksər hallarda
ümumidir. Bu infrastruktur, meliorasiya məsələləri, suvarma suyu
problemləri və sosial məsələlərə bağlıdır. Biz problemlərin
ünvanına çatdırılması üçün əlimizdən gələni edəcəyik və
vətəndaşlarla birlikdə bu problemin həllinə çalışacağıq. Suvarma
suyu, təəssüf ki, problem olaraq qalır. Bu kanalların təmizlənməsi,
suyun səviyyəsinin aşağı olması məsələsidir. Bu istiqamətdə
özünüidarə də Meliorasiya Xidməti ilə birlikdə işə qoşulacaq ki,
problemlərin həll edilməsi üçün yerli səviyyədə müxtəlif işlər
həyata keçirək”, – Zaur Darğallı bildirdi.
Parlamentin deputatı bir müddət fasilədən sonra, 17 yanvar
tarixində, kəndlərə səfərləri bərpa edib. Birinci görüş
Dəmyə-Görarxı inzibati vahidliyində, ikinci görüş isə Şulaveridə
keçirilib. Zaur Darğallı düşünür ki, bu kimi görüşlər problemlərin
daha təcili surətdə həll edilməsində mühüm rol oynayır.