Bu gün, 16 aprel tarixində Gürcüstan parlamentində xüsusi
təhlükəsizlik rejimi tətbiq edilib.
Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı
bəyanat yayıb.
Parlamentin yaydığı bəyanatda deyilir ki, aprelin 16-da Gürcüstan
Parlament Sarayında mühafizənin sarı səviyyəsi tətbiq olunacaq.
“Gürcüstan Parlamenti Sədrinin Gürcüstan Parlament Sarayında
təhlükəsizliyin mühafizəsi qaydalarının təsdiq edilməsi haqqında 4
sentyabr 2023-cü il tarixli N1/259/23 sərəncamına uyğun olaraq, bu
il aprelin 16-da təhlükəsizliyin sarı səviyyəsi Gürcüstan Parlament
Sarayında qüvvədə olacaq - ziyarətçilərin Parlament Sarayına girişi
məhdudlaşdırılıb.
Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən komitə
iclaslarına) yalnız müvafiq struktur bölmələrinin dəvət etdiyi
şəxslər buraxılacaq. Məhdudiyyətlər akkreditə olunmuş jurnalistlərə
təsir etməyəcək.
Sözügedən tədbirin məqsədi Gürcüstanın Parlament Sarayında
təhlükəsiz və iş mühitinin təmin edilməsidir”, -
Gürcüstan parlamenti bildirib.
Plenar iclasda deputatlar “Xarici agentlər haqqında” qanun
layihəsini müzakirə edəcəklər. Qanunun əleyhdarları isə aprelin
16-da saat 11-də parlament yaxınlığında etiraz aksiyalarını bərpa
edəcəklərini vəd ediblər.
Qeyd edək ki, dünən Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN)
Tbilisidə “Xarici agentlər haqqında" qanuna qarşı keçirilən etiraz
aksiyasında 14 nəfəri saxlayıb.
Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə
müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər.
Aksiyaçılarla toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir
əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib.
Məlumata görə, saxlanılanlar arasında müxalifətin “Girçi – Daha
Azadlıq” Partiyasının lideri Zurab Caparidze də var.
Gürcüstan Prezidenti Salome Zurabişvili özünün "X"dəki hesabında
aksiyaçılara dəstək verib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.