Cuqaan kəndində doluya qarşı raket evə düşüb
Siğnaği bələdiyyəsinin Cuqaan kəndində doluya qarşı raket yaşayış evinə düşüb. Raket Kikilaşvililərin evinə zərər vurub.

Yerilərin sözünə görə, raket ilk əvvəl evin dam örtüyünə düşüb, sonra isə otağın tavanını deşib.

Hadisə zamanı heç kim xəsarət almayıb.

Faktı araşdırmaq üçün Kikilaşvililərin evinə polis gedib.

"Marneuli" Radiosu

Print