İş əldə et və "Liberty Tərəfdaş" ol (R)
reklam
Evdən çıxmadan iş, sərbəst iş qrafiki və aylıq əlavə gəlir - bu, məşğulluq üçün unikal imkandır. Liberty Bank yeni strategiyası çərçivəsində əhalinin Liberty-nin tərəfdaşı olmasına şərait yaradır.
Artıq bir ildən çoxdur ki, “Liberty Tərəfdaş ol” layihəsi uğurla həyata keçirilir. “Liberty Tərəfdaş ol” layihəsinin rəhbəri Nanuka Qeqenava layihənin iş axtaranlara nə təklif etməsinin və tərəfdaş olmaq üçün nəyin lazım olduğunun təfərrüatları barədə danışır.



Kim “Liberty Tərəfdaş” ola bilər?
“Yaşından, cinsindən asılı olmayaraq, hər kəs tərəfdaş ola bilər. İşləməsinin və ya hazırda işsiz olmasının fərqi yoxdur. Ən əsası isə bizdə yaş kateqoriyası məhdud deyil, həm tələbələr, həm də təqaüdçülər layihədə iştirak edə bilərlər”.

Necə “Liberty Tərəfdaş” olmaq olar?
“Bunun üçün müvafiq səhifədə - www.libertypartners.ge-də qeydiyyatdan keçməlisiniz. Prosedur sadədir və bunun üçün hətta bir neçə dəqiqə kifayətdir. Qeydiyyatdan keçmək üçün sadəcə bir neçə sahəni doldurmalısınız. Əgər siz artıq Liberty Bankın müştərisinizsə və Liberty Bankın İnternet Bank xidmətindən istifadə edirsinizsə, eyni istifadəçi adı və şifrə ilə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan keçdikdən sonra əsas səhifədə istənilən şəxsə təklif edə biləcəyiniz məhsulların siyahısı göstərilir.

Tərəfdaş kimi qeydiyyatdan keçdikdən sonra Liberty Bank ilə əməkdaşlıq necə davam edir?
“Qeydiyyatdan keçdikdən sonra bankın satış departamentindən olan işçisi sizinlə əlaqə saxlayacaq, o, kurator funksiyasını yerinə yetirəcək və işin xüsusiyyətlərini ətraflı izah edəcək və texniki təlimatlar barədə məlumat verəcək. Sizin gördüyünüz işləri, məhsulun uğurlu satışını və aldığınız bonusların miqdarını izləyə biləcəyiniz səhifəniz olacaq. Bizim hər bir bölgədə kuratorumuz var, o, hər bir tərəfdaşla müntəzəm əlaqə saxlayır və lazım gəldikdə kömək edir”.
Həmçinin, www.libertypartnersinfo.ge saytı da mühümdür. Burada arzu edən hər kəs məhsulun məzmununu başa düşmək üçün proqramın iş sistemi ilə tanış ola bilər, təklif olunan məhsulların siyahısına baxa, bonus-gəlir tarifləri ilə tanış ola və məhsul haqqında hazırlanmış videomateriala qulaq asa bilər.

“Liberty Tərəfdaş ol” - Layihəni digər məşğulluq imkanlarından nə ilə fərqlənir?
“Proqramda iştirak edən tərəfdaşlar banka potensial müştəriləri cəlb etməkdə köməklik edir, eyni zamanda əlavə gəlir əldə edir, yeni bacarıqlar inkişaf etdirir və karyera yüksəlişi imkanlarını təmin edirlər. Niyə əlavə imkan?! Çünki bu proqrama cəlb olunan tərəfdaşların müəyyən edilmiş qrafiki və konkret tapşırıqları yoxdur. Onların yeganə vəzifəsi potensial müştərini banka yönləndirməkdir ki, bu da istənilən vaxt istənilən yerdən mümkündür”.

Və bir daha, layihə niyə unikaldır və niyə qeydiyyatdan keçməliyəm?
• Sadə gəlir mənbəyi;
• Əvvəlcədən planların olmaması;
• Tərəfdaş evdar xanımdan tutmuş şirkət əməkdaşına qədər istənilən yaşda və peşədən olan şəxs ola bilər;
• Bütün xidmətlərlə uyğunluq;
• Məhsulu öz əhatənizdə də sata bilərsiniz;
• Rəqabətədavamlı məhsullar təklif edilir;
• Razı qalmış tanışlar
• Bankda işə başlamaq üçün çoxlu perspektivlər; (Yaxşı nəticə və satış olduqda);
• Tanışlıq dairəsinin genişləndirilməsi;
• Maliyyə institutları və onların məhsulları haqqında daha yaxşı tanışlıq;
• Bank sektoru ilə daha yaxşı tanışlıq və biliklərin dərinləşdirilməsi;
• Karyera yüksəlişi imkanı;

Artıq Gürcüstan üzrə 1200-dən çox tərəfdaş layihədə iştirak edir. Hər gün daha çox insanın tərəfdaşlıq üçün imkanı olur.
Liberty Gürcüstanda uzun illər ərzində yaşlı nəslə layiqli xidmətlər təklif edən ən böyük bank şəbəkəsidir və “Yeni Həyat üçün Yeni Liberty” strategiyası bankı bütün yaş seqmentlərinə uyğunlaşdırılmış platformaya çevirir.

REKLAM
Print