Marneuli bələdiyyəsində koronavirusa yoluxma halları artıb.
Marneuli İctimai Səhiyyə Mərkəzindən “Marneuli” radiosuna
bildirdilər ki, son bir həftə ərzində koronavirusa 119 yoluxma
qeydə alınıb.
“17 yanvar tarixindən bu günə qədər ümumilikdə 119
yoluxma qeydə alınıb. Bizim mərkəzin nəzarətə götürdüyü xəstələr
arasında ölüm halları qeydə alınmayıb”, – Marneuli
İctimai Səhiyyə Mərkəzindən bildirdilər.
Marneuli Xəstəliklərə Nəzarət Mərkəzindən bildirdilər ki, peyvənd
prosesi fəal olaraq aparılır və 17 yanvardan bu günə qədər 1420
nəfər koronavirusa qarşı peyvənd vurdurub.