Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində
karantin rejimi qismən sərtləşdirilir.
Bu barədə qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi
ilə aprelin 13-də keçirilən Nazirlər Kabinetinin toplantısında
qəbul edilib.
Onun sözlərinə görə, qapanma Ramazan ayının ilk iki həftəsini əhatə
edəcək.
Nazirlər Kabinetinin iclasında həmçinin həftəsonu qadağaları
qüvvədə saxlanılıb, həftəiçi küçəyə çıxma qadağasının isə yerli
vaxtla saat 19:00-dan 05:00-dək olması məqbul hesab edilib. Eyni
zamanda şəhərlərarası səyahətə qadağa qoyulub, kafe və restoranlar,
digər xidmət sahələri Ramazan ayının sonunadək bağlanıb və s.
Mənbə: report.az