Mirtağı Əsədov vaksin olunmaq barədə düşünür
Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və Şeyxi Mirtağı Əsədov koronavirusa qarşı peyvənd olunmaq haqda düşünür.

Mirtağı Əsədov “Marneuli” radiosu ilə söhbəti zamanı koronavirusa qarşı peyvənd olunmaq fikrini müsbət qarşıladığını dedi. O, İslam dinində də peyvənd olunma ilə bağlı xüsusi bir qadağanın olmadığını bildirdi. Əsədov peyvənd olunmağın insanların şəxsi düşüncə və qərarından asılı olduğunu söylədi.

“Nəticə olaraq peyvənd olunmağın bizim dinimizdə qadağası yoxdur. Daha da insanın sağlam yaşaması, həyatlarını qorumaq, başqasına da xəstəliyi yoluxdurmamaq, ömrünə fayda vermək üçün alqışlayır. Bizim dində bununla bağlı heç bir problem yoxdur.”

Əsədov peyvənd olunub-olunmayacağı ilə bağlı suala cavab olaraq bildirdi ki,hələ peyvəndlərlə bağlı tam araşdırma aparma aparmayıb. O, peyvəndlərlə bağlı araşdırma apardıqdan sonra çoxluğun tələb etdiyi peyvəndi vurduracağını dedi.

“Peyvənd olunmağı düşünürəm, amma qəbullandığım, hərkəsin müsbət baxdığı peyvənd olarsa, vurduraram. Bəzi ölkələr özlərini doğrultmadığını bilə-bilə gedib vaksin olunmaqdansa, gözləyib daha faydalısını etdirmək məsləhətlidir.”


Şeyx konkret olaraq hansı vaksinlə peyvənd olunacağını bilmir. O, kiçik bir araşdırmadan sonra qərar verəcəyini və güvəndiyi vaksinin Gürcüstana gəldiyi təqdirdə peyvənd olunacağını bildirdi.

Qeyd edək ki, Gürcüstanda peyvənd olunma prosesində “Pfizer”, “AstraZeneca” və “Sinopharm” vaksinlər tətbiq olunur. Vaksinlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun.


Print ელ. ფოსტა
FaceBook Twitter Google