Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin
sözlərinə görə, ölkədə COVID-19-a təkrar yoluxma halı sıxlaşıb və
bu kimi hallar asanlıqla keçmir.
Amiran Qamkrelidze qeyd edib ki, 50-dən çox şübhəli təkrar yoluxma
halımız var idi. Filtrləşdirmədən sonra bu rəqəm azaldı və həqiqi
reinfeksiya 2 həftə əvvəlki məlumatlarda 3-5 nəfərdə
təsdiqlənib.
"Nümunələr alınmalı və bir qayda olaraq müsbət
nümunələr laboratoriyalarda saxlanılılmış olmalıdır, lakin təəssüf
ki yoxdur. 50-dən çox şübhəli yenidən yoluxma ilə halı var idi.
Ancaq 3-5 həqiqi yenidən yoluxma halı aşkar etdik. İndi də tədqiqat
mərhələsində olan bir neçə sağalma hadisəsi var. Ümumiyyətlə,
təkrar infeksiya hallarının artmasına meyl var və bu kimi
problemlər asanlıqla keçmir", - deyə Amiran
Qamkrelidze bildirib.