Səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, dünənki
mitinqdə polislər tərəfindən döyülən vətəndaşlar klinikalara
aparılıb.
Onun sözlərinə görə, 5 vətəndaş tibb müəssisələrinə yerləşdirilib,
2 polis yaralanıb. Onun şərhini “İnterpress News” yayıb.
“İki polis əməkdaşı yaralanıb və təcili yardım
briqadası tərəfindən Qafqaz Tibb Mərkəzinə aparılıb. Onların
müxtəlif növ xəsarətləri olub, onlardan biri baş-burun zədəsi alıb.
Hər ikisi qənaətbəxş vəziyyətdə evə buraxılıb. Həmçinin, müxtəlif
dərəcəli bədən xəsarətləri alan 5 vətəndaş Tbilisinin müxtəlif tibb
müəssisələrinə yerləşdirilib. Onlara lazımi tibbi xidmət
göstərilib”.
Dünən rus qanunları əleyhinə keçirilən mitinqdə hakimiyyət zorakı
üsullarla iştirakçıları dağıdıb.
Polis dinc aksiya iştirakçılarına və media nümayəndələrinə güc
tətbiq edib.
Mövcud məlumatlara görə, 10-a qədər adam saxlanılıb və xəsarət
alanlar var. Zurab Caparidzenin yazdığına görə, hamısını
döyülüblər.
Qeyri-hökumət təşkilatlarının məlumatına görə, dünən hökumət
konstitusion toplaşmaq və ifadə hüququna məhəl qoymayıb, polis
aksiya zamanı insanların sağlamlığını təhdid edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.