2024-cü ilin birinci rübündə Gürcüstandan 54 əcnəbi vətəndaş
çıxarılıb
- bu barədə Daxili İşlər Nazirliyinin statistik məlumatında
deyilir.
Bu il Gürcüstandan qovulan vətəndaşların sayına görə, İraq 11
vətəndaşla birinci yerdədir. Onu 7 nəfərlə İran izləyir. Ölkə
ərazisindən 5 Rusiya, 5 Liviya, 5 Nigeriya, 4 Hindistan vətəndaşı
və s. çıxarılıb.
Sənəddən aydın olur ki, ən çox qovulanlar
16-40 yaş kateqoriyasına
aiddir və bu rəqəm 24 nəfərdir. Bundan başqa, 4 azyaşlı ölkə
ərazisini tərk edib.
Ötən illərə gəlincə, Daxili İşlər Nazirliyinin məlumatına görə,
2023-cü ildə 190, 2022-ci ildə 165, 2021-ci ildə 77 nəfər ölkədən
çıxarılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.