Bu gün, 26 aprel tarixində Marneuli rayonunun Kürtlər kəndində
“Birinci” siniflərin “Əlifba bayramı” keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak
etdilər. Bayram şənliyi Dövlət himninin səslənməsi ilə başladı.
Daha sonra məktəb direktoru Gülbəyaz Bələgəzova çıxış edərək,
birinciləri təbrik edərək uğurlar arzu etdi. O, birincilərə yaxşı
oxumağı, vətənə layiqli övlad kimi yetişməyi tövsiyə etdi.
Tədbirdə
iştirak edən müəllimlər birincilərin ilk sevinci - “Əlifba
bayramı” münasibətilə təbrik etdilər. Birincilərin sinif rəhbəri
Şəfa Binnətova da çıxış edərək şagirdlərinə uğurlar arzuladı. Onun
rəhbərliyi altında təşkil edilən “Əlifba bayramı” konsert proqramı
ilə davam etdi. Birincilər öz növbələrində şeirlər deyərək, rəqs
etdilər.
Onu da əlavə edək ki, bu il Kürtlər ictimai məktəbində 21 nəfər
birinci sinif şagirdi var.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.