“Gürcüstan dəmiryolu”nun iki əməkdaşı rüşvətə görə həbs edilib (VİDEO)
12:36 / 19.04.2019
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq
Xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsindəkommersiyal rüşvət faktı ilə bağlı “Gürcüstan
Dəmiryolu” səhmdar cəmiyyətinin iki əməkdaşını həbs ediblər.
İstintaqla müəyyən edilib ki, müttəhimlər müqavilə bağlayan şirkət
tərəfindən həyata keçirilən işlərə nəzarət etməli imişlər, qanunsuz
maddi gəlir məqsədi ilə şirkətin direktorundan yerinə yetirilən
işlərin dəyəri üçün verilən məbləğdən pul tələb ediblər və 2440
lari alıblar.
İstintaq Gürcüstanın Cinayyət Məcəlləsinin 221-ci maddəsinin
dördüncü hissəsi ilə aparılır. Həmin maddə isə cəza olaraq 4 ildən
6 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.