VİDEO - Pankisi dərəsində SES-in tikinti işləri dayandırılıb, DİN müavini aksiya iştirakçılarını dialoqa çağırdı
Daxili İşlər naziri müavini, Kaxa Sabanadze Pankisi dərəsinə toplaşan əhaliyi dialoqa çağırdı.

Sabanadzenin bəyan etdiyinə görə, SES-in tikinti işləri dayandırılıb. O, aksiya iştirakçılarına təklif edir ki, Telaviyə getsinlər və məsələ üzrə danışıqlar keçirsinlər.

“Hamınıza deyirəm ki, qanunu kim pozsa və polis işçilərinə toxunsa, sərt cəzalandırılacaq. Onu da deyirəm ki, polis qanunsuz hərəkət görməyəcək.

Nümayandələrinizi ayırın, gedək Telaviyə və məsələ üzrə söhbət edək. İşlər dayandırılıb, oturaq müzakirə aparaq”,
– Sabanadze bəyan etdi.

Yerli əhali Pankisi dərəsində SES-in tikintisi üzrə işləyən traktora maneçilik törətməyə cəhd göstərdi. Aksiya iştirakçıları xüsusi təyinatlı dəstə üzvlərini daşqalaq etdilər. Hüquqmühafizəçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə etdi.

Mənbə: Birinci Kanal

Print