Çin virusla mübarizə üçün ordudan yararlanacaq
ÇXR
Mərkəzi Hərbi Şurası koronavirusla mübarizə üçün Uxana ordu cəlb
edib.
Şəhərə 40 hərbi həkim göndərilib.
Bu barədə “RİA Novosti” Çinin Mərkəzi Televiziyasına istinadla
xəbər yayıb.
Qeyd edək ki, Çin hökuməti 11 milyon əhalisi olan Uxan şəhərində
karantin elan edib: şəhərə girən bütün yollar bağlanıb, nəqliyyat
rabitələri dayanıb.
Ümumilikdə isə Çində 10 şəhərdə karantin elan olunub. Son
məlumatlara görə 830 nəfər bu virusa yoluxub, 25 nəfər həyatını
itirib.
Virus artıq Çinin sərhədlərindən kənarda da yayılıb, yoluxma
halları Cənubi Koreya, Yaponiya, ABŞ, Vyetnam, Sinqapur və
Taylandda qeydə alınıb, Rusiyada və İtaliyada yoluxma ehtimalı ilə
bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Mənbə-Oxu.az