Hökumət Parlamentin Kutaisidə yerləşən binasını satmağı planlaşdırır
"Interpressnews"-un məlumatına görə, Parlamentin Kutaisidəki keçmiş binası satıla bilər.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi fəaliyyət göstərməyən binaların özəlləşdirilməsini planlaşdırır.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Dövlət Əmlakı Agentliyindən "Interpressnews"-a bildiriblər ki, “Parlamentin keçmiş binasının özəlləşdiriləcəyi ilə bağlı məlumatları yoxdur”.

İlkin məlumata görə, Parlamentin keçmiş binasında Qərbi Gürcüstanın Polis mərkəzinin yerləşdirilməsi planlaşdırılırdı, ancaq cari ilin yanvar ayında "Interpressnews"-a məlum olub ki, bina Daxili İşlər Nazirliyinə verilməyəcək və İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin balansına keçib.

Bu məlumatı nazirlikdən də təsdiq ediblər.
Xatırladaq ki, Gürcüstan Parlamenti ötən ilin yanvar ayından Kutaisidən Tbilisiyə qayıdıb. Həmin vaxtdan bina fəaliyyətsizdir.

Parlamentin Kutaisidə yerləşən keçmiş binası “Milli Hərəkat” hakimiyyətinin təşəbbüsü ilə 2010-2012-ci illərdə tikilib və onun tikintisinə 340 milyon laridən artıq pul sərf olunub.


Print ელ. ფოსტა
FaceBook Twitter Google