Son 24 saat ərzində hüquq mühafizəçiləri tərəfindən aparılan
monitorinqlər nəticəsində ölkə miqyasında fövqəladə vəziyyət və
komendant saatı qaydalarının pozulması ilə bağlı 158 yeni fakt
aşkarlanıb. Bu barədə "InterpressNews"-a Daxili İşlər Nazirliyindən
məlumat veriblər.
"
Polis fövqəladə vəziyyət çərçivəsində tədbirlərin
əhəmiyyətli dərəcədə sərtləşdirilməsi barədə Gürcüstan hökuməti
tərəfindən verilən qərarın tələblərinin yerinə yetirilməsi və
komendant saatı çərçivəsində qoyulan məhdudiyyətləri pozanları
müəyyən etmək üçün 24 saat çalışmağa davam edir. Daxili İşlər
Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları ölkədə koronavirusun
yayılmasının qarşısının alınması məqsədilə bütün qanun
pozuntularına dərhal reaksiya göstərirlər. Son 24 saat ərzində
hüquq mühafizəçiləri tərəfindən aparılan monitorinqlər nəticəsində
ölkə miqyasında fövqəladə vəziyyət və komendant saatı qaydalarının
pozulması ilə bağlı 158 yeni fakt aşkarlanıb. Polis 7 aprel axşam
saat 9-dan 8 aprel səhər saat 6-dək ölkə miqyasında 121 vətəndaşı
komendant saatı rejimini pozduğuna görə cərimələyib. Bundan əlavə,
Daxili İşlər Nazirliyinin əməkdaşları ümumilikdə 3 nəfərdən çox
insanın toplaşması və 2 metrlik sosial məsafəyə riayət edilməməsinə
görə ümumilikdə 4 vətəndaşı cərimələyib. Polis Xəstəliklərə Nəzarət
Milli Mərkəzi ilə özünü təcrid etmiş vətəndaşlar üzərində nəzarətə
davam edir. Birgə monitorinq nəticəsində özünü təcridetmə
qaydalarının pozulması ilə bağlı 2 yeni fakt aşkarlanıb. Hüquq
mühafizəçiləri daha 31 nəfəri sərnişin daşımalarına və avtomobil
idarəetmə qaydalarını pozduğuna görə cərimələyiblər", –
məlumatda deyilir.
Daxili İşlər Nazirliyi vətəndaşları fövqəladə vəziyyət rejimi
çərçivəsində tətbiq edilən məhdudiyyətlərə əməl etməyə çağırır, əks
halda qanuna uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə
xəbərdarlıq edir. Gürcüstan ərazisindəki bütün şəxslər fövqəladə
vəziyyətə riayət etməyə və Gürcüstanın səhiyyə sahəsində qüvvədə
olan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar.
Qeyd edək ki, fövqəladə vəziyyət rejiminin pozulması inzibati
məsuliyyətə səbəb olur ki, buna görə də fiziki şəxslər 3 000,
hüquqi şəxslər isə 15 000 lari həcmində cərimə olunurlar.
Mənbə:
İnterPressNews