Vanidə xüsusi nəzarət rejimi tətbiq olunur


Vani bələdiyyəsində fövqəladə vəziyyət rejimi ilə nəzərdə tutulmuş tənzimləmələr sərtləşdirilir.

Baş nazirin mətbuat katibi İrakli Çikovaninin sözlərinə görə, buna səbəb koronavirusa yeni yoluxma hallarından birinin Vani ilə bağlı olmasıdır.

"Bu mərhələdə Gürcüstanın 9 digər bələdiyyəsində olduğu kimi Vani bələdiyyəsində də eyni qaydaların tətbiq olunması barədə qərar qəbul edilib. Bələdiyyənin çıxışlarında xüsusi buraxılış məntəqələri qurulacaqdır. Bələdiyyənin bütün ərazisində aktiv termoskrininq həyata keçiriləcək", – Çikovani deyib.

Hal-hazırda ölkənin əsas şəhərlərinin – Tbilisi, Kutaisi, Batumi, Poti, Rustavi, Zuqdidi, Qori, Telavi və Axaltsixenin girişlərində xüsusi nəzarət məntəqələri var. Bundan əlavə, Bolnisi və Marneuli bələdiyyələrində ciddi rejimlii karantin tətbiq edilmişdir.


Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google