Türkiyə respublikasının Xaricdə yaşayan Türklər və Qohumluq
İcmaları Rəhbərliyinin və Yaradıcı Gənclər Akademiyasının birgə
təşkilatçılığı ilə Gürcüstanda "Ehtiyac Sahibi Ailələrə Ərzaq
Yardımı" aksiyası keçirilib.
Yaradıcı Gənclər Akedemiyasından (YGA) "Marneuli" radiosuna verilən
məlumata görə, ərzaq yardımı Marneuli, Dmanisi, Qardabani, Bolnisi,
Rustavi və Qaraçöpdə yaşayan aztəminatlı ailələr üçün nəzərdə
tutulub. Yardım aksiyası zamanı ümumlikdə 200 aztəminatlı ailə üçün
ərzaq paketi hazırlanıb.
Təşkilatdan o da bildirilib ki, aksiya bir neçə gün davam
edəcək.