Gürcüstanda koronavirusa daha 11 nəfər yoluxub, 19 nəfər isə sağalıb
Gürcüstanda koronavirusa yoluxma hallarının sayı daha 11 nəfər
artaraq 794-ə çatıb.
Bu haqda məlumat hökumət tərəfindən xüsusi olaraq yaradılmış
stopcov.ge saytında yerləşdirilib.
Sağalanların sayı isə daha 19 nəfər artaraq 624 nəfərə çatıb.
Karantin rejimində 2494, stasionar nəzarət altında isə 301 nəfər
var.
Gürcüstanda bu günə kimi koronavirus səbəbindən 12 nəfər vəfat
edib.
Bunlarla yanaşı, xarici ölkələrdən müalicə olunmaq üçün 3 Gürcüstan
vətəndaşı vətənə qaytarılıb.