Xelvaçauri bələdiyyəsinin Korolistavi kəndi yaxınlığında cüyür
tapılıb. Bu haqda məlumatı Ətraf Mühitə Nəzarət departamenti yayıb.
Verilən məlumatda bildirilir ki, vətəndaşı cüyürü tapdıqdan sonra
dərhal qaynar xəttə zəng edərək bu haqda məlumat verib.
“Daxil olan məlumat əsasında Acarıstan və Quria bölgə
Departamentinin əməkdaşları dərhal hadisə yerinə gedərək cüyürü
təhvil alıb və Batumi zooparkına aparıblar. Müalicəsi başa
çatdıqdan sonra baytarların tövsiyəsi əsasında cüyürü vəhşi təbiətə
buraxacaqlar”, – deyə departamentdən bildiriblər.