Marneulinin Mareti kəndində üç nəfərdə koronovirus aşkarlanıb
Bu gün, 1 iyun tarixində Mareti kəndində üç nəfərdə koronavirusa yoluxma qeydə alınıb.
Bu haqda “Marneuli” radiosuna etibarlı mənbədən bildiriblər. Marneulinin İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze virusun qeydə alınması ilə bağlı “Marneuli” radiosuna məlumat vermək istəmədi. O, deyir ki, məşğuldur və indi bizim üçün vaxtı yoxdur.

“Bilirsiniz nə var, işləməyimə mane olmayın. Mənim indi danışmağa vaxtım yoxdur, işimi bitirməmişəm, nə deyim. İndi çıxmışıq, mənə mane olmayın”, –
Eter Laperadze deyib.

Marneuli meri Zaur Darğallı və onun müavinləri də “Marneuli” radiosunun zənglərinə cavab vermir.

Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının kliniki direktoru Marina Ezuqbaianın bəyanatına görə, koronaviusa yoluxma halları yeni mənbələrlə əlaqəli deyil. Virusa yoluxanlar bir ailənin üzvləridir.





Print ელ. ფოსტა
FaceBook Twitter Google