Marneulinin “Geo Hospitals” klinikasında bir nəfərdə virusa yoluxma halı qeydə alınıb
31 may tarixində Marneulinin “Geo Hospitals” klinikasında bir nəfərdə virusa yoluxma halı qeydə alınıb. Xəstəxananın kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosuna bildirib ki, 31 may tarixində koronovirusla bağlı götürülmüş 6 analizin cavabı gəlib.

“Əksəriyyəti yük maşını sürücüsüdür. Qırmızı Körpü sərhəd buraxılış məntəqəsindən daxil olublar. Onlardan yalnız birində virus qeydə alınıb. O, da Gürcüstan vətəndaşıdır”, – Tata Şenqelaia deyib.

Xəstəxananın kliniki direktorunun sözlərinə görə, bu gün, 1 iyun tarixində klinikaya koronavirus əlamətləri ilə 6 xəstə gətirilib. Testdən keçmək üçün buraxılış məntəqələrindən 7 sürücü gətirilib. Onların analizini Luqar laboratoriyasına bu gün göndərəcəklər. Cavablar 2 iyun tarixində məlum olacaq.

31 may tarixində “Geo Hospitalsda” koronavirus təsdiqlənənə qədər, klinikada 26 gün ərzində covid-19 halı qeydə alınmamışdı.

Marneuli bələdiyyəsi 56 gün bağlı qaldıqdan sonra 18 may tarixində açılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google