Səhiyyə naziri Ekaterine Tikaradzenin dediyinə görə, Təhsil və
Səhiyyə nazirlikləri sentyabr ayında da təhsili təxirə salmağı
planlaşdırmırlar.
Ancaq ehtiyac yaranacağı halda, yaranacaq ehtiyaclara görə, artıq
hazırlıqlar görülür.
"Mövcud epidemioloji vəziyyəti nəzərə alsaq, tədris
prosesinin təxirə salınaraq başlaya biləcəyini düşünmürük, amma
digər ölkələr kimi, indi də, sentyabrda da “kovid”-lə birlikdə
yaşamağa hazırlaşırıq. Uşaqlarımızı təhsillərini problemsiz davam
etdirmələri üçün bu prosesə hazırlamalıyıq", –
Tikaradze deyib.
Milli imtahanlara gəldikdə, Tikaradze Səhiyyə Nazirliyinin Təhsil
Nazirliyi ilə sıx iş apardığını bildirdi –
"Onlar bizim
tövsiyələrimizi nəzərə alırlar və inanırıq ki, imtahanlar iştirak
etmək niyyətində olan bütün abituriyentlər üçün tamamilə təhlükəsiz
olacaq."
______________________________________
Bu il Gürcüstanda milli imtahanlar həmişəki kimi iyulun ortalarında
başlayacaq.
Eyni zamanda, 12-ci sinif şagirdləri mayın 20-də, birinci sinif
şagirdləri mayın 27-də dərsləri tamamlayıb, qalan şagirdlər isə 15
iyun tarixində məktəbdə dərslərini başa çatdıracaqlar.