Yaxşı yerdəyəm və siyasətə qayıtmaq istəyim yoxdur – Qamkrelidze

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, o, siyasətə qayıtmaq niyyətində deyil.


Qamkrelidze bu barədə bu gün, iyunun 1-də keçirdiyi brifinqdən sonra jurnalistin verdiyi sualı cavablandırarkən bildirib.

“Mən 1994-cü ildən 2004-cü ilin fevralınadək siyasətdə idim. İkinci dəfə bu təklif 2012-ci ildə edildi. 69 yaşım var, mənim üçün bütün bunlar keçilmiş yollardır, istənilən siyasi addımlarım sona çatıb. Təcrübəmlə biliklərimdən istifadə edərək bu gün olduğum yerdə ölkəmə kömək etmək üçün çalışıram və planlarım çoxdur. Çox yaxşı gənclərimiz böyüyür, onlara daha çox böyümələri üçün fürsət verirəm. Görürsünüz ki, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin bu tip çağırışlarla mübarizədə mühüm rolu varmış. Düşünürəm ki, çox yaxşı yerdəyəm və siyasətə qayıtmaq istəyim yoxdur. Eyni çaya üç dəfə girmirlər “, –
deyə Qamkrelidze bildirib.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google