Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran
Qamkrelidzenin sözlərinə görə, o, siyasətə qayıtmaq niyyətində
deyil.
Qamkrelidze bu barədə bu gün, iyunun 1-də keçirdiyi brifinqdən
sonra jurnalistin verdiyi sualı cavablandırarkən bildirib.
“Mən 1994-cü ildən 2004-cü ilin fevralınadək siyasətdə idim. İkinci
dəfə bu təklif 2012-ci ildə edildi. 69 yaşım var, mənim üçün bütün
bunlar keçilmiş yollardır, istənilən siyasi addımlarım sona çatıb.
Təcrübəmlə biliklərimdən istifadə edərək bu gün olduğum yerdə
ölkəmə kömək etmək üçün çalışıram və planlarım çoxdur. Çox yaxşı
gənclərimiz böyüyür, onlara daha çox böyümələri üçün fürsət
verirəm. Görürsünüz ki, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin bu
tip çağırışlarla mübarizədə mühüm rolu varmış. Düşünürəm ki, çox
yaxşı yerdəyəm və siyasətə qayıtmaq istəyim yoxdur. Eyni çaya üç
dəfə girmirlər “, – deyə Qamkrelidze bildirib.