Jumi çayında itmiş gənc iki günlük axtarışdan sonra Zuqdidinin
Darçeli kəndində tapılıb.
Bu barədə kənd qəyyumu Mamuka Qoloqua məlumat verib.
Onun sözlərinə görə, 15 yaşlı yeniyetmənin cəsədi qumda batıb.
"Çayın səviyyəsi aşağı düşdüyü zaman itkin düşdüyü
yerdən bir kilometr aralıda tapılıb", – deyə Qoloqua
bildirib.
Fövqəladə Halların İdarəetmə Xidmətindən verilən məlumata görə,
axtarışlara Sameqrelo-Zemo Svaneti, İmereti və Acarıstan
bölgələrindən yanğınsöndürən-xilasedici qrupları cəlb olunub.
Əməliyyatda Tbilisidən Xüsusi Fövqəladə Hallarla Mübarizə Baş
İdarəsinin komandası da iştirak edib.
"Axtarış zamanı bir ədəd pilotsuz təyyarə və üç ədəd
üzən maşın səfərbər olundu. Suyun dibi ekolot ilə yoxlanıldı.
Əməliyyatın izlənildiyi yerdə, işçi qərargah
yaradıldı", – məlumatda bildirilir.
Qeyd edək ki, itkin düşmüş azyaşlı barədə Daxili İşlər Nazirliyinin
"112" İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinə iyulun 13-də
məlumat verilib, bundan sonra Təcili Yardım Xidməti Jumi çayında
fəal axtarış-xilasetmə əməliyyatlarına başlayıb.