ABŞ-ın Arizona əyalətində qatar relsdən çıxaraq aşıb və yanğın baş
verib.
Bu barədə məlumatı Amerikanın CNN nəşri yayıb.
Qəza nəticəsində qatarın hərəkət etdiyi körpü qəzaya uğrayıb.
CNN-in verdiyi məlumata görə, qəzada güclü tüstü səbəbindən yalnız
bir nəfər huşunu itirib.
Qəza baş verən zaman körpünün altındakı yolla üç maşın hərəkət
edirmiş. Onlardan ikisi tez alovlanan rəngsiz yağ olan
sikloheksanon maddəsi daşıyırmışlar. Həmin maddə neylonda və eyni
zamanda həlledici olaraq başqa yerlərdə də istifadə olunur.
Xoşbəxtlikdən, qəza nəticəsində maye sızması baş verməyib.
"Bu bir cəhənnəm səhnəsi idi", – deyə
hadisənin şahidi Kamilla Kimball bildirib.
Qatarın yoldan çıxmasının səbəbini istintaq müəyyən edəcək.
Körpünün dağılmasının səbəbləri ilə bağlı da istintaq
başladılıb.