Gürcüstan ərazisində qeyri-sabit hava şəraiti həftənin sonunadək
davam edəcək. Milli Ekologiya Agentliyinin Hidrometeoroloji Proqnoz
Xidmətinin rəhbəri Svetlana Nioradzenin sözlərinə görə, Qara dəniz
bölgəsində həftənin sonunadək vaxtaşırı yağış yağacağı və şimşək
çaxacağı gözlənilir.
"Nisbətən sərin və rütubətli hava kütlələri dünən axşamdan
yayılmağa başladı, Gürcüstanın qərb bölgəsinin bütün rayonlarında,
Şərqi Gürcüstanın isə bəzi yerlərində yağış yağdı. Həftənin sonuna
qədər həm Qərbi, həm də Şərqi Gürcüstanda qeyri-sabit hava şəraiti
olacaq, arabir yağış yağacaq və vaxtaşırı günəşli hava olacaq.
Gürcüstanın qərb bölgəsində yüksək temperatur müşahidə olunurdu, bu
gündən etibarən sərinləşəcək və havanın temperaturu 23-28 dərəcə,
Gürcüstanın şərqində isə 26-31 dərəcə isti olacaq. Tbilisidə
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və 28-30 dərəcə isti
olacağı gözlənilir", - deyə Svetlana Nioradze
bildirib.