Serb nazir "Ermənistana silah satışı" məsələsi ilə əlaqədar Bakıya gəldi
Avqustun 11-də Bakıda Serbiya və Azərbaycan hökumətlərinin nümayəndələrinin iclası keçirilib və Ermənistana silah satışı ilə bağlı Azərbaycanın Serbiyaya qarşı ittihamları müzakirə edilib.

Baş nazirin müavini, daxili işlər naziri və eyni zamanda Milli Təhlükəsizlik Şurasının katibi Neboja Stefanoviç məsələni müzakirə etmək üçün Azərbaycana gəlib.

Avqustun 11-də onunla görüşdə Azərbaycan tərəfindən Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Prezident Administrasiyasının Xarici Əlaqələr Departamentinin rəhbəri Hikmət Hacıyev, Xarici İşlər Nazirinin müavini Araz Əzimov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov iştirak edib.

Apa-nın məlumatına görə, iclasda Azərbaycan hakimiyyətinin ittihamları müzakirə olunub. Həmin ittihamlara əsasən, iyul ayında Ermənistan-Azərbaycan sərhədinin yenilənmiş münaqişəsi zamanı Ermənistan tərəfi Azərbaycana qarşı "Serbiyada hazırlanmış silahlardan" istifadə edib.

Avqustun 7-də Serbiya Prezidenti Aleksandar Vuçiçi Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Apa-nın məlumatına görə, prezident Vuçiçi "Ermənistanın hərbi toqquşmalarda Serbiya istehsalı olan silahlardan istifadə etməsindən təəssüfləndiyini bildirib" və vəziyyətin araşdırılması üçün yüksək səviyyəli Serbiya nümayəndə heyətinin Bakıya gələcəyini söyləyib.

Bundan əvvəl, iyulun 20-də Azərbaycan mətbuatı Serbiyanın Azərbaycandakı səfiri Danika Veinoviçin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığını xəbər vermişdi.

"Serbiyanın Ermənistana silah satması" haqqında məlumat əvvəlcə hökumətyönlü nəşri haqqin.az tərəfindən iyulun 19-da yayımlanmış, bundan sonra 20 iyulda Serbiyanın Azərbaycandakı səfiri Danika Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Haqqin.az yazırdı ki, Serbiya və Rusiya, Gürcüstan vasitəsi ilə Ermənistana silah tədarük etmişlər ki, bunu da Gürcüstan qəti şəkildə rədd etmişdi.

“Netgazeti”yə verdiyi şərhdə Xarici İşlər Nazirliyi bunu "iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərdə süni şəkildə problem yaratmağa yönəlmiş dezinformasiya"adlandırmışdı.

Azərbaycan tərəfi rəsmi olaraq bu məsələ ilə bağlı Gürcüstandan izahat tələb etməyib.

Baş nazir Qiorqi Qaxaria, "Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və qardaşlıq üçün heç bir təhlükə olmadığını" söyləmişdi.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google